Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Aktau yaxınlığında baş vermiş təyyarə qəzasını müzakirə ediblər.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Tərəflər rəsmi araşdırmanın başa çatdırılması və onun nəticələrinin ictimaiyyətə açıqlanmasının vacibliyini vurğulayıblar.
"Azərbaycan Hava Yollarına məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı məsələ müzakirə edilərkən, faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılması və onun nəticələrinin açıqlanmasının zəruriliyi vurğulanıb" - deyə nazirlikdən bildirilib.
Xarici İşlər Nazirliyi qeyd edib ki, son vaxtlar Azərbaycan mətbuatında Rusiya əleyhinə olan silsilə yazılar, eləcə də Bakıda Rus Evinə qarşı aparılan dezinformasiya kampaniyası ilə bağlı çaşqınlıq ifadə olunub.
"Qeyd edilən ittihamların mütləq əsassızlığı qeyd edilib", - diplomatik idarədən bildirilib.
Nuranə Abbasova