ABŞ-Meksika sərhədi yaxınlığında şübhəli kartel üzvləri ilə ABŞ Sərhəd Xidmətinin əməkdaşları arasında atışma baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Texas ştatı yaxınlıöında qeydə alınıb. 

"Bir qrup qeyri-qanuni miqrant Rio-Qrande çayını keçmək istəyərkən atışma başlayıb, lakin çayı keçə bilməyib. Nə sərhədçilər, nə də şübhəli kartel üzvləri xəsarət almayıb", - KİV yazıb. 

Hadisənin baş verdiyi yer, ərazidəki kriminal fəaliyyətə görə qeyri-rəsmi olaraq “Kartel adası” kimi tanınan Fronton adasının yaxınlığındadır.

Gülayə Mecid