Cənubi Koreyanın Pusan şəhərinin hava limanında təyyarə yanıb.

"Unikal" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi hava limanının yanğından mühafizə departamentinə istinadla xəbər yayıb.

Hadisənin detalları açıqlanmayıb.

Qeyd edək ki, bir ay əvvəl - dekabrın 29-da “Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yerinə yetirən sərnişin təyyarəsinin Muan şəhərinin beynəlxalq hava limanına qəza enişi etdiyi zaman uçuş zolağından çıxaraq beton hasara çırpılmış, nəticədə təyyarə yanaraq 175 sərnişinin hamısı, habelə 6 ekipaj üzvündən 4-ü həyatını itirmişdi.