Cənubi Sudanda təyyarənin qəzaya uğraması nəticəsində 18 nəfər ölüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, içərisində 21 sərnişin və ekipaj üzvü olan təyyarə hava limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Qəza nəticəsində 3 nəfər isə ağır yaralanıb. Ölənlər arasında pilot və köməkçisi də var.

Qəzanın baş vermə səbəbi açıqlanmayıb.