Dünyanın ən zəngin insanları 24 saat ərzində 27 milyard dollar itirib.

"Unikal" xəbər verir ki,  əsas səbəb süni intellekt və premium brendlərlə bağlı şirkətlərin səhmlərinin azalmasıdır.

Ən böyük itkilərə isə LVMH şirkətlər qrupunun sahibi Bernard Arnault - 9,3 milyard dollar, "Nvidia"nın baş direktoru Censen Huanq - 6,3 milyard və "Tesla" və "SpaceX"in sahibi İlon Mask 3,8 milyard ziyan dəyib.

"Forbes" qeyd edir ki, dövlət aktivləri üzrə hesablamalar hər beş dəqiqədən bir, özəl şirkətlər üçün isə gündə bir dəfə yenilənir. Biznesin payı sərvətin 20%-dən çox olduğu hallarda, qiymətləndirmə FactSet sənaye indekslərinə uyğunlaşdırılır.

Gülayə Mecid