Azərbaycanda əhalinin banklardakı əmanətləri rekord səviyyəyə çatıb.

"Unikal" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu il yanvarın 1-nə əhalinin banklardakı əmanətləri 14 mlrd. 661,9 mln. manat təşkil edib ki, bu da indiyədək olan ən yüksək göstəricidir.

Əhalinin banklardakı əmanətləri əvvəlki ayla müqayisədə 3% və ya 426,3 mln. manat, son bir ildə isə 13,2% və ya 1 mlrd. 714,1 mln. manat artıb.

Qeyd edək ki, əhalinin banklardakı əmanətlərinin həcmi 2021-ci ildən etibarən davamlı artım tendensiyası nümayiş etdirir.