AFFA İntizam Komitəsinin iclasında Misli Premyer Liqasında XX turunda baş verən neqativ hallar öz hüquqi qiymətini tapıb.

"Unikal" xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.

“Araz-Naxçıvan” - “Neftçi” oyununda “Neftçi”nin azarkeşləri tərəfindən stadionda 17 ədəd oturacağın qırılması ilə əlaqədar stadiona dəymiş zərərin “Neftçi” tərəfindən ödənilməsinə qərar verilib.

“Qarabağ” - “Turan Tovuz” oyunu bitdikdən sonra “Qarabağ” klubu AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyinə görə 2000 manat cərimə edilib