Nəsimi rayonu ərazisində bir nəfərin 2000 manatının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı S.İsmayılov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində yerləşən evlərin birinin damından elektrik naqili oğurlamaqda şübhəli bilinən 38 yaşlı E.Əhmədovun müəyyən olunaraq saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.