"Barselona" yarımmüdafiəçisi Pedri ilə müqavilə yeniləyib.
"Unikal" xəbər verir ki, məlumatı Kataloniya klubunun rəsmi saytı yayıb.
22 yaşlı futbolçu müddəti 2030-cu ilə qədər olan müqaviləyə imza atıb.
Qeyd edək ki, cari mövsüm İspaniya çempionatında 20 matça çıxan Pedri 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, Çempionlar Liqasında da 8 oyun keçirərək 2 qol ötürməsi ilə diqqət mərkəzinə düşüb.