Azərbaycan UEFA reytinqində 28-ci pillədə qərarlaşıb.
"Unikal" xəbər verir ki, avrokuboklarda həftənin oyunlarından sonra ölkənin mövqeyində dəyişiklik olmayıb.
UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda Yunanıstanda "Olimpiakos"a uduzan (0:3) "Qarabağ" Azərbaycanın (19.625) əmsalına fayda verə bilməyib.
Bolqarıstan (19.874) 27-ci, Sloveniya (18.343) 29-cudur.
Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıya İngiltərə (106.624) başçılıq edir.