Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs Həcər Hüseynovaya hökm oxunub.

"Unikal"ın məlumatına görə, ilk olaraq təqsirləndirilən şəxs Həcər Hüseynovanın vəkili 126.2.3-cü maddənin 126.1-ci maddə maddəyə tövsif edib ona şərti cəza verilməsini məhkəmədən xahiş etdi. Sonra hakim Həcər Hüseynovaya son söz verdi. Həcər Hüseynova zərərçəkmiş şəxsdən bağışlanmasını istəyərək ona şərti cəza verilməsini istədi. 

Qeyd edək ki, ötən məhkəmə prosesində dövlət ittihamçısı Valeh Ələkbərov Həcər Hüseynovanın 6 il 6 ay azadlıqdan məhrum edilməsini istəmişdi.

Məhkəmə müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Hokmə əsasən Həcər Hüseynova 6 il müddətinə azadlıqdan məhrum edilib və onun cəzası 2024-cü ilin avqust ayından hesablanıb. Həmçinin zərərçəkmişin mülki iddiası qismən tətbiq edilərək təqsirləndirilən şəxsə 3200 manat ziyan ödəmək barəsində qərar qəbul edilib. Qeyd edək ki, Həcər Hüseynova barəsində ibtidai istintaq dövründə ev dustaqlığı qətimkan tədbiri seçilib. 

Xatırladaq ki, hadisə ötən ilin avqust ayında qeydə alınıb. Belə ki, Həcər Hüseynova  Olimpiya kompleksinin ətrafında avtomobildə Azər Ağayevin bədəninə yandıran maddə kislota tökərək onun bədəninin 30-35 faizini yandıran hərəkətlər edib. Bununla da onun sağlamlığına ağır xəsarət yetirib. İttiham aktına görə, onlar sevgili münasibətində olublar. Azər Ağayev ilə Həcər Hüseynovun dünyasını dəyişən əri  Mehdi Hüseynov qohum olublar. Mehdi dəfələrlə Həcərə bildirib ki, onun Azər ilə sevgi münasibəti var. İstintaqla sübut da olunub ki, həqiqətən Azər Həcər ilə onların evinin hamamında cinsi əlaqədə olub.

Seymur Əli