Şimali Koreya qoşunları ağır itki verdikdən sonra Ukrayna ilə cəbhə xəttindən çıxarılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna və Amerika rəsmiləri “The New York Times”a açıqlayıblar. 

Məlumata görə, Şimali Koreya qoşunları təxminən iki həftədir cəbhədə görünmür. Ukrayna rəsmisi deyib ki, Şimali Koreyadan olanların artan itkiləri onların sıralarında nizamsızlıq və Rusiya bölmələri ilə koordinasiya olmaması ilə bağlıdır. Ukrayna mənbələrinin bildirdiyinə görə, Şimali Koreya ordusu döyüş meydanına gəldikdən sonra öz başına buraxılıblar. 

Ağarza Elçinoğlu