"Biz Minsk Qrupunun həmsədrliyini aşağıdakı əsaslarla ləğv etməyə razıyıq: əgər münaqişə yoxdursa, münaqişəyə xidmət edən formatın nə mənası var?"

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı bildirib.

"Lakin biz əmin olmaq istəyirik ki, Minsk Qrupu həmsədrliyinin ləğvi Azərbaycan üçün eyni şey deməkdir. Yəni bu, sülh deməkdirsə, ATƏT-in Minsk Qrupu nəyə lazımdır?", - deyə o qeyd edib. 

Ağarza Elçinoğlu