Sudanın Omdurman şəhərində bazarda baş verən partlayışda ölənlərin sayı 61-ə yüksəlib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
***21:21
Sudanda Çevik Dəstək Qüvvələrinin Omdurman şəhərində bazara endirdiyi artilleriya zərbəsi nəticəsində ölənlərin sayı artıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 54 nəfər ölüb, 158 nəfər isə yaralanıb.
***17:28
Sudanın Omdurman şəhərində bazarda partlayış baş verib.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində ən azı 40 nəfər həlak olub. Digər təfərrüatlar hələlik açıqlanmayıb. Ölən və yaralıların sayının artacağı bildirilib.