Türkiyənin Qaziantep şəhərində avtobus, minik avtomobili və yük maşınının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, 19 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunub ki, sərnişin avtobusu, yük maşını və avtomobilin toqquşması nəticəsində 20 nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstxanaya yerləşdirilib. Xəsarət alanlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma başladılıb.