Bu gün Azərbaycan Basketbol Liqasında XIII tura yekun vurulub.
"Unikal" xəbər verir ki, B qrupunda iki oyun keçirilib.
"Ordu" "Gəncə" ilə görüşdən qalib ayrılıb - 93:90.
Günün ikimci qarşılaşması Qubada davam edib. “Quba” evdə “Lənkəran”a 84:87 hesabı ilə məğlub olub.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Naxçıvan" "Sərhədçi"yə 80:76, "Abşeron" "Sabah"a 67:59, NTD "Neftçi"yə 105:100, "Sumqayıt" "Şəki"yə 98:93 hesabı ilə qalib gəlib.