Jurnalist Kendis Ouens özünün "YouTube" kanalında Fransa prezidenti Emmanuel Makronun arvadı Bricitin necə kişi doğulduğuna dair araşdırmanın ilk hissəsini dərc edib.

"Unikal" xəbər verir ki, onun sözlərinə görə, Makronun həyat yoldaşı əslində Bricitin şəxsiyyətini öz üzərinə götürmüş qardaşı Jan-Mişel Tronyedir. Ouensin dediyinə görə, Bricit özü 1961-ci ildə itkin düşüb. O bildirib ki, Fransa liderinin həyat yoldaşının qardaşı ilə bircə dənə şəkli yoxdur.

Jurnalist 1977-ci ildə özünü Veronika adlandıran transseksualın telekanallardan birinə müsahibə verdiyi videoyazıya istinad edib. O qeyd edib ki, Veronikanın səs yazısının Bricitinki ilə müqayisəsi “onların eyni insan olduğuna” sübutdur.