Suriyanın yeni hakimiyyət orqanlarının prioritet vəzifələri enerji və hava nəqliyyatının bərpasıdır.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərdə mətbuat konfransında deyib.

“Xüsusilə ölkənin bərpası üçün zəruri olan enerji və hava nəqliyyatı sahələrində mümkün qədər tez ciddi addımlar atmaq lazımdır. Qarşıya qoyulan vəzifələr yerinə yetirildikdən sonra ölkə iqtisadiyyatının yaxşılaşacağına ümid edirik. Suriya üçün beynəlxalq sanksiyaların aradan qaldırılması, eləcə də bütün aktiv silahlı qrupların milli orduda birləşdirilməsi vacibdir", - deyə Fidan bildirib.

Bundan əlavə, XİN rəhbərinin sözlərinə görə, Suriyanın yeni hakimiyyət orqanları terrorla mübarizəyə diqqət yetirməlidir.