İspaniya La Liqasında XXII turun növbəti oyunu keçirilib.
"Unikal" xəbər verir ki, "Barselona" "Alaves"lə qarşılaşıb. Görüş Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 61-ci dəqiqədə Robert Levandovski vurub.
Bu nəticədən sonra xallarını 45-ə çatdıran "Barselona" 3-cü pillədə qərarlaşıb.