HƏMAS-ın Siyasi Büro rəhbərinin müavini Musa Əbu Mərzukun başçılıq etdiyi nümayəndə heyətinin Moskvaya səfəri fevralın 3-nə planlaşdırılıb.
"Unikal" xəbər verir ki, bu barədə “RİA Novosti” nümayəndə heyətindəki mənbəyə istinadən xəbər yayıb.
Rusiya paytaxtında danışıqlar Xarici İşlər Nazirliyində aparılacaq.
Bu, HƏMAS-ın İsraillə müharibəsinin başlamasından bəri Fələstin hərəkatının Moskvaya üçüncü səfəridir.