Milli Məclis yaşıl enerji ilə bağlı beynəlxalq sazişi təsdiq edib. 

"Unikal" xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında  Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. 

2024-cü il noyabrın 13-də Bakı şəhərində imzalanmış saziş müzakirələrdən sonra təsdiq edilib.