“Zirə”nin futbolçusu Salifu Suma karyerasını Ukraynada davam etdirə bilər.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 21 yaşlı hücumameyilli yarımmüdafiəçi Kiyev “Dinamo”sunun maraq dairəsinə düşüb.

Klub qvineyalı futbolçunun transferi üçün Bakı təmsilçisinə 1 milyon avroya yaxın təzminat təklif edəcək.

İddiaya görə, adı açıqlanmayan başqa bir Ukrayna klubu da futbolçunun xidmətlərində maraqlıdır.