“Kəpəz” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Qərb təmsilçisindən "Unikal"a verilən məlumata görə, komanda Sadiq Şəfiyev ilə müqavilə bağlayıb. Oyunçu "Turan Tovuz"dan mövsümün sonuna kimi icarəyə götürülüb. 19 yaşlı hücumçu Gəncə futbol məktəbinin yetirməsidir. O, 2020-2021-ci illərdə əsas komandanın heyətində çıxış edib.
Sadiq Şəfiyev aşağı yaş qrupları üzrə Azərbaycan yığmalarının da şərəfini qoruyub.