Yunanıstanın Santorini adasında növbəti zəlzələ baş verib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, hökumət məktəbləri və hava yollarını bağlamağa məcbur olub. Belə ki, insanların məşhur turistik məkandan təxliyəsinə kömək etmək üçün əlavə uçuşlar elan edilib. 

Son dörd gündə Egey dənizində Santorini və Amorqos arasında 200-dən çox zəlzələ qeydə alınıb ki, onların da ən güclüsü 4,6 bal gücündə olub.

Yeraltı təkanlar bu gün Santorinini silkələməkdə davam edib. Zəlzələlər kiçik və ya zəif hesab edilsə də, hökumət Santorini, həmçinin Amorqos, İos və Anafidəki məktəbləri bağlayıb.