Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda etirazla qarşılanıb.
"Unikal" erməni mediasına istinadən xəbər verir ki, Paşinyan Vaşinqtonda Ermənistan səfirliyinin yaxınlığında onun siyasətini tənqid edən plakatlarla qarşılanıb.
Qeyd edək ki, Paşinyan və xanımı fevralın 3-5-də ABŞ-da işgüzar səfərdə olacaqlar.