"Roma" üç yeni futbolçu ilə heyətini gücləndirib.
"Unikal" qol-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Salzburq"dan yarımmüdafiəçi Luk Qurna-Duat və "Qalatasaray"dan müdafəçi Viktor Nelssonu icarə əsasında heyətə cəlb edib. İtaliya klubu "Tvente"dən müdafiəçi Anass Salah-Əddinlə isə daimi əsaslarla razılıq əldə edib. Müqavilənin detalları hələ ki açıqlanmayıb.
Qeyd edək ki, 21 yaşlı Qurna-Duat bu mövsüm 23 matça çıxaraq 1 qol və 2 qolun ötürməsini edib. 26 yaşlı Nelsson bu mövsüm 18 görüşdə meydana çıxıb. 23 yaşlı Salah-Əddin isə 29 matça çıxaraq 2 qol vurub və 4 qolun ötürməsini edib.