Azərbaycan güləşçiləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən ilin ilk reytinq turniri “Zaqreb Open”in birinci günündə 5 medal qazanıblar.

"Unikal" xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə millimiz 1 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.

Yetmiş kq çəki dərəcəsində mübarizə aparan Kənan Heybətov qızıl medala sahib çıxıb.

İslam Bazarqanov (57) və Arseniy Djioyev (86 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Əli Rəhimzadə (65 kq) bürünc medalla kifayətlənib.