Şəki-Qax avtomobil yolunun, Şəki rayonunun İnçə kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hərəkətdə olan “Nissan” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə avtomobildə olan bir nəfər sərnişin Zaqatala rayon sakini 1998-ci il təvəllüdlü Mahmatevinova Aydan Uluxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki rayon mərkəzi xəstəxanasına aparılıb.
Yaralının müalicəsi  xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli