Moskvanın şərqindəki "Elektrozavod" zavodunun binasında baş verən yanğının sahəsi kəskin şəkildə artıb və hazırda 800 kvadratmetrə çatıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Zavodda qeydə alınan yanğın nəticəsində 8 nəfər tibbi yardıma müraciət edib, 4 nəfər xəstəxanaya yerləşdirilib. Hadisə yerinə onlarla yanğınsöndürən, Rusiya İstintaq Komitəsinin və prokurorluğun əməkdaşları cəlb olunub. 

Fövqəladə hallar xidmətləri yanğının mümkün səbəbinin elektrik avadanlığında qısaqapanma olduğunu bildirib. 

Ağarza Elçinoğlu