Bugün saat 15 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonunun ərazisindən keçən hissəsində “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

"Unikal"ın məlumatına görə, nəticədə avtomobildə olan sərnişin 1971-ci il təvəllüdlü Mahmudova Ramidə ölüb. Sürücü, 32 yaşlı Əli Mahmudov və daha bir sərnişin isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Murad İbrahimli