Şabran şəhəri 4 nömrəli tam orta məktəbdə direktorla valideynlər arasında qalmaqal yaşanıb.
"Unikal"ın məlumatına görə, valideynlər məktəbin bağlanacağını və şagirdlərin başqa təhsil müəssisələrinə köçürələcəyini iddia edirlər. Bu səbəbdən məktəb direktoruna etiraz ediblər.
Quba-Xaçmaz Regional Təhsil İdarəsindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran şəhəri, Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta məktəbin bağlanacağı ilə bağlı iddialar həqiqəti əks etdirmir:
"Adıçəkilən təhsil müəssisəsinin növbəti tədris ilindən tam orta təhsil səviyyəsinə keçirilməsi planlaşdırılır. 9-cu sinifə qədər birinci korpusda, 10-11-ci siniflər isə ikinci korpusda təhsil alacaqlar".
Murad İbrahimli