Ermənistan tərəfi Azərbaycanla təmas xəttində heykəl ucaldıb.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, heykəl 1976-cı ildə Azərbaycanın həmin dövrdə Cənubi Qafqaz ölkələrini təsvir edən abidə ucaltmasından sonra yaradılıb. Bildirilir ki, həmin heykəl Azərbaycanın bölgədə dominant mövqe tutduğunu göstərdiyi üçün ermənilər də sonradan "Arevik"i yaradıblar.
Bildirilir ki, Sovet dövründə Cənubi Qafqaz liderləri bu heykəlin ətrafında tez-tez görüşürlərmiş. Bu səbəbdən ərazidə polis postu və hökumətin qəbul evi olub. Dəmirçyan və Köçinyan Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov və Gürcüstanın sabiq prezidenti Zviad Qamsaxurdiya da orada görüş keçiriblər.
Heykəl indi Ermənistanın Tavuş vilayətinin Ayqehovit rayonunun Kayan kəndi yaxınlığında, Azərbaycanla Ermənistanı birləşdirən yolun kənarına qoyulub. "Arevik" Ermənistan-Azərbaycan sərhədindəki zastavaların arasında boz zonada yerləşdiyindən və ərazi tamamilə minalanmış olduğundan indi ona yaxınlaşmaq mümkün deyil.
Abidə Ermənistanın daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilməyib, ona görə ki, Ermənistan indi sərhədləşdirmə prosesinə başlayıb və bu abidə əvvəllər də mübahisəli ərazilərdə olub. Hazırda onun Azərbaycan tərəfində qala biləcəyi də istisna edilmir.
Onu da əlavə edək ki, heykəlin hündürlüyü 17 metrdir və alüminiumdan hazırlanıb. 2014-cü il sentyabrın 29-da heykəlin çərçivəsi güclü külək nəticəsində aşıb.
Ağarza Elçinoğlu