"Tehran Vaşinqtonla danışıqlardan imtina edir, çünki ABŞ diplomatiya dilini başa düşmür". 

"Unikal" xəbər verir ki, bunu respublika hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohacerani deyib. 

“Danışıqlar şərtləri nəzərdə tutur. Güc dili danışıqlar prosesinin bir hissəsi deyil və elan edilən maksimum təzyiq danışıqlara kömək etmir. Qarşı tərəflə danışıqlara “yox” deyirik, çünki onlar diplomatiyanın dilindən başa düşmürlər. Dünya gördü ki, Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) İranın səyləri nəticəsində imzalanıb, lakin hər şey onların birtərəfli qaydada geri çəkilməsi ilə başa çatıb”, - hökumət nümayəndəsi mətbuat konfransında vurğulayıb. 

Vaşinqtonun Tehrana qarşı mümkün yeni sanksiyalar tətbiq etməsi ilə bağlı suala cavabında Mohacerani maksimum təzyiq siyasətinin proqnozlaşdırıla biləcəyini və hökumətin fəaliyyət planının olduğunu qeyd edib.

Gülayə Mecid