Ermənistanın Avropa İttifaqına daxil olmaq istəyi İrəvanın suveren hüququdur.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, Ermənistanın suveren hüququdur. Təbii ki, həm ermənilərin özləri, həm də hər kəs bunun nə dərəcədə qarşılıqlı istək olduğunu və avropalıların özünün buna necə münasibət bəslədiyini anlamalı olacaq”, - Kreml sözüçüsü əlavə edib.
Peskov həmçinin xatırladıb ki, Aİ-yə üzvlük prosesi onilliklər davam edə bilər.
Onun sözlərinə görə, Ermənistanda müəyyən siyasi qüvvələr var ki, hesab edirlər ki, Aİ-yə istiqamətlənmə ölkə və onun xalqının maraqları üçün əlavə dividendlər verəcək. Bununla belə, Peskov Ermənistanın Aİİ-dən dividendlər almağa davam etdiyini vurğulayıb.
Gülayə Mecid