Belarusun Qomel şəhərinin sakinləri PUA hücumuna məruz qalıblar.

"Unikal" xəbər verir ki,  bu barədə Belarus teleqram kanalları məlumat dərc edib. 

Bildirilir ki, Qomel yaxınlığındakı Romanoviç kəndinin, eləcə də Volotovun Qomel mikrorayonunun sakinləri hava hücumundan müdafiə sisteminin pilotsuz uçuş aparatları üzərində işi barədə məlumat veriblər.

Hazırda pilotsuz təyyarələrin kimə məxsus olması və onların hücumu nəticəsində hər hansı ziyanın olub-olmadığı barədə rəsmi məlumat yoxdur.