Türkiyənin Uşak ilində oğul atasını kürəyindən bıçaqlayaraq öldürüb.

"Unikal" NTV telekanalına istinadən xəbər verir ki, hadisədən sonra qətli törədən Tolqa Yılmaz saxlanılıb. 

Onun ilkin ifadəsi diqqət çəkib. Belə ki, kişi  özünü "İmam Mehdi" kimi təqdim edib və atasını din düşməni olduğu üçün öldürdüyünü bildirib. 

O, cinayətə görə peşman olmadığını da ifadə edib. T. Yılmaz barəsində cinayət işi açılıb. 

Seymur Əli