Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov fevralın 12-də Nərimanabad qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirib.

"Unikal"ın məlumatına görə, icra başçısı bildirib ki, vətəndaş məmnunluğunun təmin edilməsi, qaldırılan məsələlərin həllinə obyektiv yanaşılması və problemlərin çözümüylə bağlı əlverişli mexanizmlərin təklif edilməsi bütün dövlət məmurları qarşısında qoyulan başlıca tələblərdəndir və keçirilən sıyyar görüşlər məhz sözügedən məqsədə nail olunmasına xidmət edir.

Onun sözlərinə görə, vətəndaşların qaldırdıqları bütün məsələlər diqqətlə və həssaslıqla araşdırılır, onların həlli üçün bütün imkanlar səfərbər edilir.Səyyar qəbulda qəsəbə sakinlərini narahat edən və yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlər yerində həllini tapıb, digər məsələlərin həlli üçün aidiyyəti yuxarı qurumlara rəsmi müraciətlər ünvanlanıb.

Qəsəbə sakinləri fikir və istəklərini sərbəst, maneəsiz və könüllü rayon rəhbərinə çatdırıblar, yerli insanlar sosial sahəyə xüsusi qayğısı nəticəsindəölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu vurğulayıb və buna görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.