Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp fevralın 12-də telefon danışığı zamanı öz köməkçilərinə iki ölkə liderləri arasında görüşə dərhal hazırlığa başlamalrına göstəriş vermək barədə razılığa gəliblər.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"Dünən telefon danışığı zamanı dövlət başçıları görüşə doğru irəliləyərək əlaqələri davam etdirəcəkləri barədə razılığa gəliblər, həmçinin öz köməkçilərinə müvafiq işə başlaya bilmələri üçün dərhal müvafiq göstərişlər verməyə razılaşıblar", - diplomat deyib.
Rusiya prezidentinin mətbuat katibi əlavə edib ki, Kreml iki liderin görüşünə operativ şəkildə hazırlaşmağı zəruri hesab edir: "Təbii ki, belə bir görüşün kifayət qədər operativ keçirilməsinə ehtiyac var. Dövlət başçılarının danışacaqları çox şey var. Gündəlikdə dünən telefon danışığı zamanı qısaca qeyd olunan çoxlu mövzular var. Amma hələlik hər hansı müddət barədə danışmaq mümkün deyil".
Ağarza Elçinoğlu