Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahir Kərimovanın sədrliyi ilə qətl törətməkdə təqsirli bilinən Seymur Məmmədov və Nurlan Bağırovun məhkəmə prosesi yekunlaşıb.
"Unikal"ın məlumatına görə, dövlət ittihamçısı Babaxan Həsənəliyev Yenigül Rəhimovanı qətlə yetirən şəxslərin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Çıxışlardan sonra hakim Mahirə Kərimova hökmü elan edib. Hökmə əsasən hər iki şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2022-ci ildə Nurlan Bağırov Gürcüstandan ekstradisiya edilərək Azərbaycana gətirilib.