Antalyadan Astanaya uçan təyyarə göyərtəsindəki sərnişinlər arasında baş verən davaya görə Ərzurum hava limanında məcburi eniş etmək məcburiyyətində qalıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Beləı ki, iki Qazaxıstan vətəndaşı ilə əcnəbi ər-arvad arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Təyyarənin ekipajı hadisə barədə dərhal dispetçerlərə məlumat verib, bundan sonra pilot ən yaxın hava limanına təcili eniş üçün icazə istəyib.

Enişdən sonra polis əməkdaşları təyyarəyə minərək münaqişənin hər dörd iştirakçısını – üç qadın və bir kişini saxlayıblar. Onlar təhlükəsizlik məqsədilə müayinə üçün müxtəlif tibb müəssisələrinə göndərilib, sonra polis bölməsinə aparılıblar.

Təyyarənin ekipajı isə uçuşu davam etdirib və təhlükəsiz şəkildə Astanaya yollanıb.

Ağarza Elçinoğlu