İtaliya A Seriyasının 25-ci turunun matçında "Yuventus" "İnter"ə qalib gəlib.

"Unikal" xəbər verir ki, Turinin “Alyans” stadionunda keçirilən görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Görüşdə yeganə qolu 74-cü dəqiqədə portuqaliyalı hücumçu Fransisko Konseysao vurub.

İtaliya çempionatının turnir cədvəlində "İnter" 54 xalla ikinci yerdədir. “Napoli” 56 xalla birinci, “Atalanta” isə 51 xalla üçüncü pillədə qərarlaşıb. "Yuventus" 46 xalla 4-cü yerdədir.

Növbəti turda “İnter” doğma meydanda “Cenoa” ilə qarşılaşacaq. Görüş fevralın 22-də baş tutacaq.

"Yuventus" səfərdə "Kalyari" ilə qüvvəsini sınayacaq. Qarşılaşma fevralın 23-də reallaşacaq.