Ötən il 149 nəfər münasibətdə olduğu şəxsin zorakılığına məruz qalıb.
"Unikal" xəbər verir ki, bununla bağlı məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında öz əksini tapıb.
Qeyd edilib ki, 2024-cü il ərzində ümumilikdə 860 Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 330 müraciət daxil olub. Müraciətlərin 289-u psixoloji və 163-ü fiziki zorakılıqla bağlı olub.