Goran - Naftalan yolunda avtoqəza olub.
"Unikal" xəbər verir ki, Kəlbəcər rayonu Qamışlı kənd sakini Veyisli kəndində məskunlaşmış 1996-cı il təvəllüdlü Səmədov Əli Yalçın oğlunun idarə etdiyi "Mercedes" markalı 10 SN 925 dövlət nömrə nişanlı avtomaşınla Biləsuvar rayonu Günəşli kənd sakini 01.07.1993-cü il təvəllüdlü Şəmmədov İbadət Babacan oğlunun idarə etdiyi "VAZ 2107" markalı 12 BH 259 dövlət nömrə nişanlı avtomaşın toqquşub.
Qəza zamanı "Vaz 2107"də olan sürücü və sərnişini Balakən rayon Hənifə kənd sakini 05.06.1989 cu il təvəllüdlü Əliqayev Zeynəddin Nəsrəddin oğlu xəsarət alıblar. Yaralılar Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Vəziyyətləri normaldır.
Tural Əhməd