Amerikanın “Apple” korporasiyası İndoneziyanın ona tətbiq etdiyi 10 milyon dollar cəriməni ödəyib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin sənaye naziri Aqus Qumivanq Kartasasmita məlumat verib.

Bildirilib ki, Amerika korporasiyası öz məhsullarını daxili bazarda satarkən milli qanunvericiliyə tam əməl etmədiyi 2020-ci ildən 2023-cü ilə qədər olan dövr üçün milli TKDN sertifikatı almaq üzrə öhdəliklərini yerinə yetirib.

2024-cü ilin oktyabrında İndoneziya "Apple-ın iPhone 16"nın satışını qadağan etdi və şirkətin yerli olaraq satılan telefonların ən azı 40% yerli istehsal hissələrinə sahib olmasını tələb edən qaydalara əməl etməməkdə ittiham edib və şirkəti 10 milyon dollar cərimələyib.