UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu qalibi müəyyənləşib. 

"Unikal" xəbər verir ki, UEFA-nın mətbuat xidməti nominasiyasının qalibinin adını açıqlayıb.

“Real Madrid”in hücumçusu Kilian Mbappe “Mançester Siti” ilə cavab pley-off matçındakı performansına görə azarkeşlər arasında keçirilən sorğuya əsasən ilk sırada yer alıb. Fransız forvard səsvermədə Vitinya (PSJ), Noah Lanq (PSV) və Orkun Kökçüyə (Benfika) qalib gəlib. 

Qeyd edək ki, Mbappe MS ilə oyunda (3:1) het-trik edib.