Çempionlar Liqasında pley-off oyunlarından sonra favoritlərin adları açıqlanıb.

"Unikal" xəbər verir ki, "Opta"nın təhlillərinə görə, "Liverpul" siyahıya başçılıq edir.

"Qırmızılar"ın turnirdə qələbə qazanmaq şansı 20,2 faizə bərabərdir. Növbəti pillələrdə "Arsenal" (16,8%) və "Barselona" (12,7%) qərarlaşıb. "İnter"in şansı 12,4, "Real"ın isə 10,5 faizə bərabərdir.

Çempionlar Liqasında çempionluq şansları:
1. "Liverpul" – 20,2%
2. "Arsenal" – 16,8%
3. "Barselona" – 12,7%
4. "İnter" – 12,4%
5. "Real" – 10,5%
6. PSJ – 8,8%
7. "Bayer" – 4,6%
8. "Bavariya" – 4,2%
9. “Atletiko” – 3,8%
10. "Aston Villa" – 1,2%