NBA-da "Milioku Baks"ın hücumçusu Bobbi Portis 25 oyunluq diskvalifikasiya olunub.
"Unikal" xəbər verir ki, bu barədə tanınmış insayder Şems Çaraniya sosial şəbəkədə paylaşım edib.
Portisin antinarkotika proqramı qaydalarını pozduğu bildirilib. Bobbinin agenti basketbolçunun səhvən liqada qadağan olunmuş ağrıkəsicidən istifadə etdiyini deyib.
Qeyd edək ki, Portis bu mövsümdə NBA-nın müntəzəm çempionatında 44 matçda 13,6 xal qazanıb, 8,3 ribaund və 2,2 ötürməlik nəticə göstərib.