Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində Monteneqro yığması ilə oyunu qeyri-sabit hava şəraiti ilə əlaqədar öncədən nəzərdə tutulduğu vaxtda, saat 15:00-da başlamayacaq.

"Unikal" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, baş hakim vəziyyətə yerində baxış keçirdikdən sonra matçın keçirilib-keçirilməyəcəyi ilə bağlı qərar verəcək.