19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının II seçmə mərhələsinin ikinci oyununda məğlub olub.

"Unikal" xəbər verir ki, B Liqasının IV qrupunda yer alan yığma meydan sahibi Albaniyaya 0:4 hesabı ilə uduzub.

Qarşılaşma Eqnatiyada yerləşən “Rrogozhine” stadionunda təşkil olunub.

Qeyd edək ki, U-19 daha əvvəl Şimali İrlandiyaya 0:4 hesabı ilə məğlub olmuşdu.