İngiltərə Premyer Liqasında XXVI turun növbəti oyunu keçirilib.
"Unikal" xəbər verir ki, "Everton" doğma meydanda bu mövsüm istədiyi nəticələri qazana bilməyən "Mançester Yunayted"i qəbul edib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 31-ə çatdıran "Everton" 12-ci, 30 xala malik Mançester təmsilçisi isə 15-ci sırada qərarlaşıb.